SON XƏBƏRLƏR

ABŞ-ın Suriyada yeni qurulan hökumətə ilk yardımı

2025.01.06, 11:21
ABŞ-ın Suriyada yeni qurulan hökumətə ilk yardımı

ABŞ yeni hökumətə jest olaraq Suriyaya yardım məhdudiyyətlərini yüngülləşdirəcək.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, Bayden administrasiyası bu gün ABŞ-ın Suriyaya humanitar yardımına qoyulan məhdudiyyətləri yüngülləşdirəcəyini, yeni hökumətə digər yardımları məhdudlaşdıran sanksiyaları ləğv etmədən əsas malların çatdırılmasını sürətləndirəcəyini elan etməyi planlaşdırır.

“Wall Street Journal” rəsmilərə istinadla bildirir ki, ötən həftəsonu administrasiya tərəfindən təsdiqlənən addım Xəzinədarlıq Departamentinə su, elektrik enerjisi və digər humanitar ləvazimatlar kimi zəruri ehtiyacları təmin edən yardım qrupları və şirkətlərə güzəştlər etmək səlahiyyəti verir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar