SON XƏBƏRLƏR

Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək

2025.01.06, 11:38
Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.

Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.

Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qroznıda "Pantsir" sisteminin hücumuna məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstanın Aktau şəhəri istiqamətində uçmağa məcbur olan təyyarə aldığı zədə səbəbindən Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar