SON XƏBƏRLƏR

İrana görə İsrail ordusuna göstəriş verilib

2025.01.06, 12:06
İrana görə İsrail ordusuna göstəriş verilib

İsrail ordusunun komandanı Herzi Halevi yaxın günlərdə İran hökumətinin İsrailə qarşı addımları ilə üzləşə biləcəyi ilə bağlı orduya ayıq-sayıq olmaq barədə əmr verib. 

Gunaz.tv

Bu barədə İsralin "Times" qəzeyi məlumat yayıb.

Müdafiə mənbələrinə istinadən məlumatda deyilir ki, bu ehtiyatlılığın səbəbi İranın Lübnan və Suriyada bir neçə məğlubiyyətdən sonra yenilgilərinin əvəzini çıxmaq istəməsi riski ilə bağlıdır. 

Məlumatda İranda ölkə pulunun kəskin uzuclaşması, infrastruktur problemləri və siyasi iğtişaşlar da qeyd olunub.

Mənbələr Donald Trampın bu ayın sonunda Ağ Evə qayıtması ərəfəsində İran hökumətinin qərarsızlıq və qeyri-müəyyən vəziyyətdə olduğunu bildiriblər.

"Bütün bunların İran hökumətinin hərəkətə keçə biləcəyi ehtimalının İsraili narahat etdiyi üçün ölkə ordusuna müxtəlif ssenarilərə hazır olması əmr edilib",- deyə qəzet yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar