SON XƏBƏRLƏR

Dəməşqdə normallaşma prossesi: Danışıqlar başladı

2025.01.06, 12:51
Dəməşqdə normallaşma prossesi: Danışıqlar başladı

GünazTV Türkiyənin "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, Suriyadakı bütün silahlı birləşmələrin ləğv edilərək Müdafiə Nazirliyinin çətiri altında birləşdiriləcəyi elan edildikdən sonra ilk danışıqlara başlanılıb.

Gunaz.tv

Dəməşqdəki keçid hökumətinin Müdafiə Nazirliyi silahlı müxalif qrupların, xüsusilə də Əsəd rejiminin devrilməsində mühüm rol oynamış Heyət Təhrir əl-Şam (HTŞ) liderlərinin nazirliyə daxil edilməsi üçün danışıqlar təşkil edib.

Suriya xəbər agentliyi SANA-da yer alan xəbərə görə, iclaslarda dəqiq sayı və əlaqələri bilinməyən silahlı qruplar arasında Anqajman qaydalarının (hərbi elementlərin güc tətbiqi zamanı riayət etməli olduğu qanunlar və qaydalar) tətbiq ediləcəyi bildirilib.

Məlumata əsasən normallaşma prossesinin bir hissəsi kimi Həma şəhərində rejim qalıqlarının axtarışı davam edir. Suriyada müxalifətin Homs şəhərindəki Əsəd rejiminin qalıqlarını aradan qaldırmaq cəhdləri Həma şəhərində də davam edib.

Silahlarını təhvil verməyənləri axtaran yeni rəhbərlik Əsəd rejiminin üzvlərinə məxsus silahları müsadirə edib. Hərbi Əməliyyat İdarəsindən verilən açıqlamada bir də sursat anbarının ələ keçirildiyi bildirilib.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar