SON XƏBƏRLƏR

2 gündə 14 məhkum edam edildi

2025.01.06, 13:09
2 gündə 14 məhkum edam edildi

Son iki gün ərzində İran həbsxanalarında 14 məhkumun edam hökmü icra edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində 3, Həmədan şəhərinin həbsxanasında isə 1 məhkum edam edilib.

Bununla yanaşı Kirmanşah, Şiraz, Taybad və Qorqan şəhərlərində 9 məhhbus narkotik maddə cinayətləri, 1 məhbus isə qətl ittihamına görə dar ağacından asılıb.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar