Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 min 616 ədəd narkotik tərkibli həbin (13 min 16 ədəd Pregabalin-150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.