SON XƏBƏRLƏR

Çində DƏHŞƏTLİ ZƏLZƏLƏ - VİDEO

2025.01.07, 11:48
Çində DƏHŞƏTLİ ZƏLZƏLƏ - VİDEO

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.

Gunaz.tv

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub. 

Bu barədə Amerikanın Geoloji Xidməti bildirib. 

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Zəlzələ nəticəsində 95 nəfər həlak olub, 130 nəfər xəsarət alıb.

Çin lideri Si Szinpin güclü zəlzələnin baş verdiyi Tibet muxtar bölgəsində sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməsini əmr edib.

 

szinpin-cin.jpg

 

“İnsanların axtarışı və xilas edilməsi, zərərçəkənlərə tibbi yardımın göstərilməsi və mümkün itkilərin qarşısını almaq üçün bütün səylər göstərilməlidir. Çinin səlahiyyətli orqanları ikinci dərəcəli fövqəladə hallara səbəb ola biləcək riskləri də aradan qaldırmalıdır”, - Szinpinin əmrində qeyd olunub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar