SON XƏBƏRLƏR

Ərdoğan: Bir gecə ansızın gələ bilərik!

2025.01.07, 12:10
Ərdoğan: Bir gecə ansızın gələ bilərik!

GünazTV xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilin ilk Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamalarda mühüm mesajlar verdi.

Gunaz.tv

Suriyada baş verən inqilabla həm bu ölkədə, həm də bölgədə yeni bir dövrün başladığını deyən Ərdoğan sözlərini belə davam etdirdi:

“Biz görürük ki, Suriyanın yeni administrasiyası Suriyanı ölkənin ərazi bütövlüyü və birliyi əsasında qurmağa çalışır və bunu etməkdə qərarlıdır. Bizim səmimi istəyimiz, gözləntimiz və siyasətimiz bu istiqamətdədir. Terror və zorakılığı seçənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Terrordan azad Türkiyə məqsədinə nail olmaq bizim ən mühüm prioritetlərimizdən biridir. Arxasında terror və terrorçu olan siyasət yoxdur. Dünyanın heç bir ölkəsi buna icazə verməz. Separatçı təşkilat üçün dairə daralır.

Biz Suriyanın parçalanmasına və onun unitar strukturunun məhvinə razı deyilik. Əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi addımları atacağıq. Türkiyə varlığını qorumaq üçün barışmaz iradəyə malik olduğunu dəfələrlə nümayiş etdirdi. Əgər o həddə çatarsa, bir gecə qəfildən (ansızın) yenidən gələ bilərik. Necə ki, o arxlarda kantonizm arxasınca gedənləri qazdıqları xəndəklərlə basdırdıq, bu gün də eyni niyyətdə olanlar ortaya çıxsa, ikiqat bədəlini ödəyəcəklər.” - Ərdoğan qeyd edib.

Suriyadakı separatçı təşkilat üçün çevrənin daraldığına diqqət çəkən Ərdoğan əlavə etdi ki, “bir gün əvvəl dediyim kimi, biz hökumət olaraq “terrordan azad Türkiyə” hədəfimizə mütləq çatacağıq. Bu və ya digər şəkildə bu məsələdə xoş niyyətimizi və güclü iradəmizi ictimaiyyətlə bölüşdük. Amma bu yol bağlanarsa, o zaman dövlətimizin dəmir yumruğundan istifadə etməkdən çəkinməyəcəyik.”

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar