SON XƏBƏRLƏR

Husilər Amerika aviadaşıyıcısına zərbə endiriblər

2025.01.07, 13:26
Husilər Amerika aviadaşıyıcısına zərbə endiriblər

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizdə Amerikanın "USS Harry Truman" aviadaşıyıcısına raket və dronlarla hücum edib.

Gunaz.tv

GünazTV xarici mediaya istinadən xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya deyib.

“Yəmənin raket və pilotsuz sistem qüvvələri birgə hərbi əməliyyat keçirərək, Qırmızı dənizin şimalında Amerikanın  “USS Harry Truman” aviadaşıyıcısına iki qanadlı raket və dörd dronla hücum edib”, – hərəkatın sözçüsü bildirib.

Hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar