SON XƏBƏRLƏR

ABŞ İsraildən Ukraynaya “Patriot” kompleksi üçün 90 raket göndərəcək

2025.01.29, 12:34
ABŞ İsraildən Ukraynaya “Patriot” kompleksi üçün 90 raket göndərəcək

ABŞ hərbçiləri daha sonra Ukraynaya təhvil verilməsi məqsədilə İsraildən Polşaya “Patriot” zenit-raket kompleksi üçün təxminən 90 raket göndəriblər.

Gunaz.tv

GünazTV "CNN"-ə istinadən xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bu, Ukraynada hərbi əməliyyatların başlanmasından bəri İsraildən ən böyük silah tədarüküdür. İsrail 2024-cü ilin aprelində “Patriot” hava hücumundan müdafiə sistemini silahlanmadan çıxarıb. Ölkə öz sistemlərindən istifadəyə keçib.

Raketlər 30 ildən artıqdır ki, Patriot hava hücumundan müdafiə sistemlərini idarə edən İsrailin inventarında olub. Raketlərin İsraildən Ukraynaya ötürülməsi ilə bağlı müzakirələr ötən ilin yayından davam edir.

Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini məhv edən raketlər və pilotsuz təyyarələr buraxdığı üçün Ukrayna Patriot raketlərini əldə etməyə can atırdı.
Lakin İsrailin Ukraynaya yardımı çox məhdud olub və İsrail liderləri Rusiyanın başlatdığı işğalçı müharibədə balanslı açıqlamalar vermişdilər. İsrailin Patriot raketləri Ukraynaya göndərilməzdən əvvəl ilk olaraq ABŞ-a təhvil verilib.

Qeyd olunur ki, silah tədarükü ilə bağlı yekun qərar İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən sentyabrda qəbul edilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar