SON XƏBƏRLƏR

HƏMAS Trampın açıqlamasına reaksiya verdi

2025.02.05, 11:43
HƏMAS Trampın açıqlamasına reaksiya verdi

Amerika Prezidenti Donald Trampın Qəzza ilə bağlı son açıqlamasını rədd edirik.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, Türkiyə mediasına istiandən xəbər verir ki, bunu HƏMAS sözçüsü Sami Əbu Zühri deyib.

“Biz bunu regionda xaos və gərginliyin resepti kimi görürük. Qəzza xalqı bu planın reallaşmasına icazə verməyəcək. Lazım olan xalqımızın öz torpaqlarından qovulması deyil, xalqımıza qarşı işğal və təcavüzün sona çatmasıdır”, - Zühri bildirib.

Qeyd edək ki, D.Tramp Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, hətta ABŞ hökumətinin lazım gələrsə, Qəzzaya qoşun göndərəcəyini bildirib. Amerika Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirmişdir.

O, Amerikanın Qəzzaya qoşun göndərməyə hazır olub-olmaması ilə bağlı suala "nə lazımdırsa, edəcəyik" cavabını verib.

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar