SON XƏBƏRLƏR

Əhməd əl-Şara Makrondan Fransaya rəsmi dəvət aldı

2025.02.06, 13:00
Əhməd əl-Şara Makrondan Fransaya rəsmi dəvət aldı

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Fransa lideri Emmanuel Makrondan Parisə rəsmi səfərə dəvət alıb.

Gunaz.tv

GünazTV Modern.az-a istinadən xəbər verir ki, bu barədə Suriya liderinin ofisi Makronla telefon danışığından sonra məlumat yayıb.

“Əhməd Əl-Şara Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb”, - məlumatda deyilir.

Ofisin bildirdiyinə görə, Makron Əl-Şaranı prezidentliyə başlaması münasibətilə təbrik edib və Suriyanın keçid mərhələsinə tam dəstəyini ifadə edib.

"Prezidentlər Suriyanın təhlükəsizlik problemlərini və onun sabitliyini qorumaq üçün birgə işləmək zərurətini müzakirə ediblər", - məlumatda deyilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar