SON XƏBƏRLƏR

İsrail Amerikadan 7 milyard dollarlıq silah alacaq

2025.02.08, 12:50
İsrail Amerikadan 7 milyard dollarlıq silah alacaq

Amerika İsrailə 7 milyard dollar dəyərində silah, o cümlədən aviasiya bombaları, idarə olunan raketlər və əlaqəli avadanlıqlar tədarük edəcək.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Pentaqon Amerika Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında keçirilmiş görüşün nəticəsinə istinadən məlumat yayıb.

“Amerika İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqdir ki, bu da Amerikanın milli maraqları üçün həlledici önəm daşıyır. Təklif olunmuş sazişlər İsrailə müdafiə qabiliyyətini gücləndirməyə, habelə mövcud və gələcək təhdidləri dəf etməyə hazırlığını artırmağa imkan verəcək”, – Pentaqondan bildirilib.

İsrail Müdafiə Qüvvələrinə 3 min ədəd “hava – yer” sinifli “AGM-114 Hellfire” idarə olunan raket, həmçinin 2 mindən çox “GBU-39/B” kiçikdiametrli bomba, 2,8 min “MK 82” fuqas aviabombası və aviabombaları idarə olunan döyüş sursatına çevirmək üçün nəzərdə tutulmuş 13 min “JDAM” dəsti tədarük ediləcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar