SON XƏBƏRLƏR

HƏMAS danışıqlardan imtina etdi

2025.02.24, 13:17
HƏMAS danışıqlardan imtina etdi

HƏMAS: Girovların müqabilində azad edilməli olan məhbuslar buraxılmadan danışıqlar olmayacaq.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, HƏMAS İsrailin fevralın 22-də azad etməli olduğu bir qrup məhbusu buraxmayana qədər vasitəçilərlə aparılan danışıqlardan imtina etdiyini açıqlayıb.

Hərəkatın nümayəndəsi Mahmud Mərdavi bu barədə bəyanat verərək, İsrailin razılaşdırılmış şərtlərə əməl etmədiyini iddia edib.

"Altı israilli girovun qaytarılması müqabilində azad olunmalı olan məhbuslar buraxılmadıqca, vasitəçilər vasitəsilə düşmənlə heç bir danışıqlar aparılmayacaq", – deyə Mərdavi vurğulayıb.

Qeyd edək ki, Girovların fevralın 22-də azadlığa buraxılması nəzərdə tutulurdu. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi qərarın “HƏMAS-ın təkrar pozuntuları” səbəbindən gecikdiyini bildirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar