SON XƏBƏRLƏR

HƏMAS tərksilah olmayacağını açıqladı

2025.03.05, 12:39
HƏMAS tərksilah olmayacağını açıqladı

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının yenidən qurulması və ya humanitar yardım müqabilində anklavdakı döyüşçülərini tərksilah etmək niyyətində deyil.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri bildirib.

“Müqaviməti silahsızlaşdırmaq qırmızı xəttdir və bu, müzakirə olunmayacaq. Silahların yardım təchizatı ilə dəyişdirilməsinə razı olmayacağıq”, - o deyib.

Qeyd edək ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.

Sazişin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Razılaşmanın birinci mərhələsində bütün israilli girovlar və öldürülənlərin cəsədləri vətənlərinə qaytarılıb. Bunun müqabilində İsrail 1 500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar