SON XƏBƏRLƏR

ABŞ “HƏMAS-ı dəstəkləyən” əcnəbi tələbələrin vizalarının ləğv edə bilər

2025.03.07, 14:04
ABŞ “HƏMAS-ı dəstəkləyən” əcnəbi tələbələrin vizalarının ləğv edə bilər

Rubio "X" sosial media platformasında “HƏMAS-ı dəstəkləyən” xarici tələbələrin viza müraciəti ilə bağlı açıqlama veripaylaşıb.

Gunaz.tv

HƏMAS-ı "terror təşkilatı" olaraq xarakterizə edən Rubio, "Təyin edilmiş terror təşkilatlarını dəstəkləyənlər milli təhlükəsizliyimizi təhdid edir. ABŞ-ın terrorçuları dəstəkləyən xarici ziyarətçilərə tolerantlığı sıfırdır" ifadələrdən istifadə etdi.

"Axios" xəbər saytının paylaşdığı məlumata görə, ABŞ Dövlət Departamentindən adı açıqlanmayan yüksək səviyyəli rəsmilər Rubionun bu mövzuda araşdırma aparacağını bildiriblər.

ABŞ-ın keçmiş prezidenti Co Bayden hökumətinin məsələyə məhəl qoymadığını və heç kimin vizasını ləğv etmədiyini iddia edən rəsmilər, Rubionun “ABŞ qanunlarını pozan” əcnəbi tələbələrin vizalarını ləğv etmək üçün süni intellekt dəstəkli araşdırma aparacağını qeyd edib.

Rəsmilər, araşdırma çərçivəsində on minlərlə əcnəbi tələbələrin sosial media hesablarının süni intellekt vasitələri ilə araşdırılacağını, paylaşımlarda 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı “Həması dəstəkləyən” ifadələr axtarılacağını bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 30-da Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiya edilməsinə yol açan “antisemitizmlə mübarizə” mövzusunda sərəncam imzalayıb.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar