SON XƏBƏRLƏR

Tramp Almaniyadakı Amerika qoşunlarını Macarıstana köçürəcək

2025.03.08, 12:38
Tramp Almaniyadakı Amerika qoşunlarını Macarıstana köçürəcək

Prezident Donald Tramp Almaniyadakı Amerika qoşunlarını Macarıstanda yerləşdirməyi düşünür.

Gunaz.tv

GünazTV "Telegraph"-a istinadən xəbər verir ki, Amerikanın ölkə xaricində olan 160 min hərbi qulluqçusunun əksəriyyəti Almaniyada yerləşir.

Amerika Milli Təhlükəsizlik Nümayəndəsi Brayan Hyuz hazırda bu məsələ ilə bağlı konkret qərarların olmadığını vurğulayıb. Eyni zamanda, Vaşinqton milli maraqlarının təhlükəsizliyi üçün dünyanın strateji nöqtələrinə qoşun yeritmək imkanını nəzərdən keçirir.

Ağ Evə yaxın mənbə deyib: “Tramp Avropanın müharibəyə sövq etməsinə görə qəzəblidir”.

Amerikanın milli təhlükəsizlik sözçüsü Brayan Hughes deyib: “Amerika ordusu maraqlarımıza qarşı mövcud təhdidləri ən yaxşı şəkildə dəf etmək üçün hər zaman bütün dünyada yerləşdirməyi nəzərdən keçirir.”

 

 

Ş.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar