SON XƏBƏRLƏR

HƏMAS tərəfdarları Amerikadan deportasiya olunacaq

2025.03.10, 12:55
HƏMAS tərəfdarları Amerikadan deportasiya olunacaq

Amerika Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bəyan edib ki, Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının tərəfdarlarını deportasiya etmək üçün onların giriş vizalarını və "green kartları"nı ləğv edəcək.

Gunaz.tv

GünazTV "CBS News"a istinadən xəbər verir ki, Marko Rubio ötən ilin yazında Nyu-Yorkdakı Kolumbiya Universitetində İsrail əleyhinə etirazlarda fəal iştirak edən fələstinli Mahmud Xəlilin ABŞ-nin immiqrasiya orqanları tərəfindən həbs edilməsini şərh edərkən belə deyib. Amerika mətbuatının yazdığına görə, Xəlilin tələbə vizası və yaşıl kartı olub, indi bu kartlar ləğv ediləcək. 

 

Xatırladaq ki, martın 7-də “CBS News” telekanalı Amerika gömrük rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar uşaqlı miqrantların saxlanması praktikasını bərpa etməyi planlaşdırır.

İdarənin hesabatında bildirilib ki, bir gün əvvəl üç uşaqlı ilk ailə əcnəbilərin saxlanması üçün xüsusi mərkəzə çatdırılıb. Onların barəsində deportasiya qərarların qüvvədə olduğu qeyd edilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar