SON XƏBƏRLƏR

Qrenlandiyanın Baş naziri Tramp administrasiyası üzvlərinin adaya səfərinə qarşı çıxır

2025.03.24, 13:24
Qrenlandiyanın Baş naziri Tramp administrasiyası üzvlərinin adaya səfərinə qarşı çıxır

Qrenlandiyanın Baş naziri Mute Eqede hesab edir ki, Amerika Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin adaya planlaşdırılan səfəri Vaşinqtonun təzyiqini artırmaq cəhdidir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

"Milli təhlükəsizlik üzrə müşavir Qrenlandiyada nə edə bilər? Yeganə məqsəd üzərimizdə güc nümayiş etdirməkdir", - M.Eqede Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Amerikanın energetika naziri Kris Raytın bu həftənin sonunda Qrenlandiyaya səfər planlarını şərh edib.

Baş nazirin fikrincə, M.Uoltsun adaya səfəri amerikalıların Trampın missiyasına inamını gücləndirəcək və Qrenlandiyaya təzyiqi artıracaq.

Digər qrenlandiyalı rəsmilər səfərin vaxtının uyğun olmadığından şikayətləniblər, Qrenlandiyada parlament seçkilərinin yenicə keçirildiyini və yeni hökumətin hələ formalaşmadığını qeyd ediblər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar