SON XƏBƏRLƏR

Qəzzada yüzlərlə fələstinli HƏMAS-a qarşı nümayiş keçirib.

2025.03.26, 10:35
Qəzzada yüzlərlə fələstinli HƏMAS-a qarşı nümayiş keçirib.

Yüzlərlə fələstinli Qəzzanın quzeyində küçələrə çıxaraq nadir etiraz aksiyası keçirərək, zolağa nəzarət edən ekstremist Həmas qruplaşmasına qarşı şüarlar səsləndirib və İsraillə müharibənin dayandırılmasını istəyib.

Gunaz.tv

AFP-nin şahidlərə istinadən verdiyi məlumata görə, martın 25-i çərşənbə axşamı əsasən kişilərdən ibarət etirazçılar Beyt Lahiyədə "Həmas getməlidir" kimi şüarlar səsləndiriblər. Etirazçılar təxminən iki aya yaxın davam edən atəşkəsdən sonra İsrail ordusunun ötən həftə yenidən ağır bombardmanlara başladığı bölgədə etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, HƏMAS ekstremist qruplaşması Avropa İttifaqı və Amerika tərəfindən terror qruplaşması kimi tanınıb. Belə ki, Həmas 2007-ci ildən, seçkilərdə qalib gəldikdən sonra, rəqiblərini zorakılıqla aradan qaldıraraq Qəzzanı idarə edir.

"The New York Times" tərəfindən yayılmış videolarda nümayişçi qruplarının şimaldakı Beyt Lahia şəhərinin yarı dağıdılmış küçələrində nümayişi əks olunub. Onlardan bəziləri əllərində müharibənin davam etdirilməsinə qarşı olan neytral mövzulu plakatlar, digərləri isə HƏMAS-ın bölgəni tərk etməsini tələb edən şüarlar səsləndiriblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar