SON XƏBƏRLƏR

İran dolayı danışıqlara hazırdır - Xameneinin müşaviri

2025.03.27, 17:53
İran dolayı danışıqlara hazırdır - Xameneinin müşaviri

İran danışıqlar üçün bütün yolları bağlamayıb, əksinə, qarşı tərəfi dəyərləndirmək, şərtlərini açıqlamaq və müvafiq qərar qəbul etmək üçün dolayı danışıqlara hazırdır. 

Gunaz.tv

Bunu İran rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi Amerika ilə danışıqlar barədə deyib.

"Bu gün Trampın son mövqeyi və məktuba istinadların Qərb mediasında da geniş paylaşılması ölkədə ikiqütblü ab-hava yaratmaq məqsədi daşıyır”,- o bildirib.

Xərrazi “Trampın İranla münasibətləri yaxşılaşdırmaq istədiyini, ancaq Amerikanın hökumət strukturunda da müxaliflərin olduğunu" iddia edib.

“Amerika iqtisadi sanksiyaların və hərbi təhdidlərin gücləndirilməsi fonunda İranı danışıqlara dəvət etmək istəyir”,- Xərrazi deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar