SON XƏBƏRLƏR

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb

2025.03.28, 13:05
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb

Avropa diplomatlarının məlumatına görə, yeni məhdudiyyətlər üzərində iş başlayıb, lakin çox erkən mərhələdədir.

Gunaz.tv

"Avropa İttifaqının Xarici Siyasət Xidməti və Avropa Komissiyası bu məsələ üzərində işləyir, təkliflər yayın əvvəlində səsləndirilə bilər", - Aİ diplomatlarından biri bildirib.

Bununla yanaşı, digər diplomat Ukraynada münaqişənin həlli üçün beynəlxalq arenada səylərin intensivləşməsi ilə əlaqədar müddətlərlə bağlı şübhələrini ifadə edib. "Hazırda bu, həddindən artıq spekulyativ xarakter daşıyır. Rusiya və Ukrayna arasında danışıqların necə inkişaf edəcəyinə baxmalıyıq", - o qeyd edib.

Portalın məlumatına görə, Avropa bloku Macarıstanın mümkün vetosu fonunda yeni sanksiyalar paketinin razılaşdırılmasında çətinliklərlə üzləşə bilər. Budapeşt həmçinin Aİ-nin Rusiyaya qarşı qüvvədə olan iqtisadi sanksiyalarının müddətinin uzadılması prosesinə mane ola bilər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar