SON XƏBƏRLƏR

Ukrayna qüvvələri Belqorodda irəlilədi

2025.03.29, 12:07
Ukrayna qüvvələri Belqorodda irəlilədi

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə, xüsusilə də Belqorod vilayətinə daxil olub.

Gunaz.tv

GünazTV Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna qüvvələri Rusiyanın Belqorod vilayətinə 3-4 kilometr irəliləyərək rus qoşunları ilə döyüşə başlayıb.

"Black Bird" Qrupunun hərbi eksperti Emil Kastehelmi Reuters agentliyinə bildirib ki, onların böyük irəliləyiş əldə etmək imkanlarının çətin olmasına baxmayaraq Ukrayna qoşunları Rusiyanın birinci müdafiə xəttinə keçiblər.

Belqorod vilayəti Rusiya tərəfindən müntəzəm olaraq Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunur. Eyni zamanda, Belqorod vilayətinin hakimiyyət orqanları Ukraynanı genişmiqyaslı müharibə boyu regiona və Belqorod şəhərinə qarşı hücumlar təşkil etməkdə dəfələrlə ittiham edib.

Prezident Volodimir Zelenski təfərrüatları açıqlamasa da, Ukrayna qüvvələrinin Rusiya daxilində Kurskdan kənarda “müəyyən addımlar atdığını” təsdiqləyib. O, əməliyyatı Ukraynanın mövqelərini təhdid edən Rusiya qüvvələrinin “toplanmasını azaltmaq” cəhdi kimi qiymətləndirib.

Rusiyalı hərbi blogerlərin hesabatlarında xüsusilə Popovka və Demidovka qəsəbələrində şiddətli döyüşlərin davam etdiyi bildirilir. Rybar Telegram kanalı iddia edib ki, Rusiya qüvvələri Kurskdakı qüvvələrini Belqoroddakı Qoptarovka qəsəbəsinə yönəldib.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar