SON XƏBƏRLƏR

Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirib

2025.03.29, 12:42
Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirib

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karni arasında ilk telefon danışığı olub.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media hesabında yazıb.

O, müzakirənin məhsuldar olduğunu bildirib: “Kanadanın baş naziri Mark Karni ilə söhbəti indicə bitirdim. Son dərəcə məhsuldar söhbət oldu. Biz bir çox məsələdə razılığa gəldik. Kanadada keçiriləcək seçkilərdən (aprelin 28-də keçiriləcək - Qeyd) dərhal sonra görüşəcəyik”.

Xatırladaq ki, martın 9-da Castin Trüdo hökumət başçısı və Kanadanın hakim Liberal Partiyasının liderliyindən istefa verdikdən sonra Karni onun vəzifəsini tutub. “CBC” telekanalı Kanada hökumətindəki mənbələrə istinadən erkən seçkilərin aprelin 28-də və ya mayın 5-də keçirilə biləcəyini bildirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar