SON XƏBƏRLƏR

SEPAH Körfəzdə iki neft tankerinin ələ keçirildiyini açıqlayıb

2025.04.01, 11:02
SEPAH Körfəzdə iki neft tankerinin ələ keçirildiyini açıqlayıb

İran İnqilab Keşikçiləri Korpusu Körfəzin mərkəzi sularında “Star 1” və “Vintag” adlı iki xarici tankeri, onların 25 ekipaj üzvü və ümumilikdə 3 milyon litrdən çox dizel yanacağı ilə birlikdə ələ keçirdiyini açıqlayıb.

Gunaz.tv

SEPAH Hərbi Dəniz Qüvvələri “bu gəmilərin mütəşəkkil yanacaq qaçaqmalçılığı əməliyyatında iştirak etdiyini” iddia edir.

Məlumatlara görə, ələ keçirmə əməliyyatı SEPAH-ın İkinci Dəniz Bölgəsi qüvvələrinin Buşəhrdə apardığı kəşfiyyat monitorinqindən sonra həyata keçirilib və İranın məhkəmə orqanları qaçaqmal olduğu iddia edilən yükün boşaldılması üçün tankerlərin Buşehr neft limanına köçürülməsi barədə əmr verib.

İnqilab Mühafizəçiləri hələlik ekipajın milliyyəti və iki tankerin sahibi olan ölkələr haqqında məlumat yaymayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar