SON XƏBƏRLƏR

Çin Tayvan ətrafında hərbi təlimlərə başladı

2025.04.01, 11:55
Çin Tayvan ətrafında hərbi təlimlərə başladı

Çin ordusu Tayvan ətrafında hərtərəfli hərbi təlimlər keçirməyə başlayıb.

Gunaz.tv

TASS xəbər verir ki, məlumatı Çin Xalq Azadlıq Ordusunun (AXO) Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi hərbi dairənin WeChat sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

Bildirilir ki, təlimlərdə quru və raket qüvvələri, donanma və hava qüvvələri iştirak edir: "Bu, ciddi xəbərdarlıqdır və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün güclü bir maneədir".

Çin Sahil Mühafizəsi gəmilərinin çoxsaylı birləşmələri təlimlər çərçivəsində Tayvan ətrafında gözətçilik edir: "Aprelin 1-də bir neçə sahil mühafizə gəmisi Tayvan adasının ətrafındakı sularda hüquq-mühafizə xarakterli gözətçilik edib".

Çin rəsmiləri iddia edirlər ki, patrullar "Tayvan adasın üzərində nəzarəti təmin etmək üçün vahid Çin prinsipi əsasında həyata keçirilən praktiki hərəkət"dir, çünki "Tayvan Çinin bir əyalətidir".

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar