SON XƏBƏRLƏR

ABŞ-dən Suriyanın yeni hökumətinə İranla bağlı şərt

2025.04.01, 13:00
ABŞ-dən Suriyanın yeni hökumətinə İranla bağlı şərt

Ötən həftəsonu qurulan yeni Suriya hökuməti öz işini davam etdirməyə hazırlaşarkən, ABŞ Dəməşqə qarşı sanksiyaların ləğvi ilə bağlı şərtlərini bir daha təkrarlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Al Arabiya”ya bildirilib.

ABŞ rəsmisi nəşrə deyib ki, Vaşinqton Dəməşqdən terrorla mübarizə aparmağı tələb edir. O, həmçinin əcnəbi döyüşçülərin Suriyada fəaliyyət göstərməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

ABŞ-nin sanksiyaların ləğvi ilə bağlı tələblərinə İran və onun proksi qüvvələrinin Suriya ərazisində fəaliyyətlərinin qarşısının alınması da daxildir.

Həmçinin Vaşinqton yeni hökuməti keçmiş rejimdən qalma kimyəvi silahları nəzarət altında məhv etməyə, Suriyada itkin düşmüş ABŞ və digər ölkələrin vətəndaşlarının tapılmasına yardım etməyə, ölkədəki dini və etnik azlıqların təhlükəsizlik və azadlıqlarını təmin etməyə çağırıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar