SON XƏBƏRLƏR

Prezident İlham Əliyevlə Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

2025.04.16, 12:29
Prezident İlham Əliyevlə Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib. Daha sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu xatırlatdı:

"Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır"

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar