SON XƏBƏRLƏR

Lübnan prezidenti açıqladı: “Hizbullah” tərksilah edilir

2025.04.16, 13:23
Lübnan prezidenti açıqladı: “Hizbullah” tərksilah edilir

Bütün silahlar il ərzində müstəsna dövlət nəzarətinə keçməlidir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Lübnan Prezidenti Cozef Aun “Hizbullah” Hərəkatının tərksilah edilməsi məsələsi barədə danışarkən deyib.

“Bütün silahların dövlətin tabeçiliyinə verilməsi barədə qərar verilib. Proses prezident administrasiyası və “Hizbullah” arasında ikitərəfli olması lazım olduğuna inandığım dialoq yolu ilə baş tutacaq. Lakin, terror təşkilatının döyüşçülərindən biri belə Lübnan ordusuna daxil edilməyəcək. Müdafiə şöbəsinə yalnız müəyyən ixtisaslara malik, akademik attestatları olan və qəbul imtahanlarından uğurla keçən hərbi qulluqçular qəbul ediləcək”, - prezident bildirib.

Prezident həmçinin ABŞ-ı şiə hərəkatının silahları barədə məsələni Lübnan dövlətinin ixtiyarına buraxmağa çağırıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar