SON XƏBƏRLƏR

Finlandiya prezidenti: Zelenski tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb

2025.04.17, 11:27
Finlandiya prezidenti: Zelenski tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb

Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə razılaşdığına görə Rusiya da eyni addım atmalıdır.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bunu Finlandiya prezidenti Alexander Stubb X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ukrayna lideri Vladimir Zelenski ilə söhbətdən sonra o, Rusiyaya müraciət edib: "Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb. Rusiya da bunu etməlidir”.

Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülh üçün səylərini davam etdirirlər.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar