SON XƏBƏRLƏR

Xamenei Putinə mesaj göndərib

2025.04.17, 11:35
Xamenei Putinə mesaj göndərib

İranın xarici işlər naziri Seyid Abbas Araqçı Rusiyaya gedib.

Gunaz.tv

GünazTV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, o, yüksək rütbəli rəsmilərlə danışıqlar və məsləhətləşmələr aparmaq, Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə yazılı müraciətini çatdırmaq üçün Moskvaya yola düşüb.

“Nazirin planlaşdırılan səfəri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti və iki ölkə arasında strateji tərəfdaşlar kimi davam edən məsləhətləşmələr çərçivəsində baş tutur. Səfər zamanı Araqçı regional və beynəlxalq hadisələr, eləcə də Amerika ilə son dolayı danışıqlar barədə müzakirələr aparacaq”.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar