SON XƏBƏRLƏR

Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başlayıb

2025.04.17, 12:20
Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başlayıb

Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş keçirilir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

Qeyd edilib ki, görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.

Danışıqlarda Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaqan Kostanyan təmsil edir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar