SON XƏBƏRLƏR

Mirzoyan: İndiki Ermənistanın ərazisinin 60 faizi AXC-nin tərkibində idi

2025.04.17, 12:40
Mirzoyan: İndiki Ermənistanın ərazisinin 60 faizi AXC-nin tərkibində idi

Azərbaycan Xalq Cümhuriyyəti indiki Ermənistan respublikasının 60 faizdən çoxunu əhatə edirdi.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə KİV-lərinə müsahibəsində deyib.

“Azərbaycan Konstitusiyasında deyilir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. AXC mövcud Ermənistanın 60 faizindən çoxu üzərində suverenlik iddiasında idi (əhatə edirdi - red.). Bu problemdir? Əgər konstitusiya mətnləri ilə getsək, bəli, bu problemdir. Amma sülh sazişi bu məsələlərin həllini təklif edir. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu tərtibat hər iki tərəf üçün məqbul olduğundan, biz artıq mətni razılaşdırmışıq. Bu sənəd imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsindən müsbət rəy alınmalıdır”, - nazir bildirib.

 

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar