SON XƏBƏRLƏR

İran XİN: Tehran nüvə məsələlərində həmişə Rusiya ilə məsləhətləşir

2025.04.17, 13:36
İran XİN: Tehran nüvə məsələlərində həmişə Rusiya ilə məsləhətləşir

Abbas Əraqçi Moskvaya səfəri zamanı Tehranın nüvə məsələlərində Rusiya ilə sıx məsləhətləşmələrini davam etdirdiyini bildirib.

Gunaz.tv

“Biz həmişə rus dostlarımızla nüvə məsələlərində yaxından məsləhətləşmişik. Biz həm keçmişdə, həm də indi Rusiya və Çinlə mövqelərimizi əlaqələndirmişik.” - deyə Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, səfərin əsas məqsədi Əli Xameneinin məktubunu Rusiya prezidenti Vladimir Putinə çatdırmaq olub. Ancaq səfər Amerika ilə danışıqlar da daxil olmaqla, son hadisələrlə üst-üstə düşüb.

Onun sözlərinə görə, Rusiya rəsmiləri ilə müzakirələr ikitərəfli iqtisadi və siyasi layihələrlə yanaşı, İsrail, Qərbi Asiyada təhlükələr və Ukraynadakı müharibə kimi regional problemləri də əhatə edəcək.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar