SON XƏBƏRLƏR

HESABAT: Rus artilleriyasının 50 faizini Koreya təmin edir

2025.04.17, 13:54
HESABAT: Rus artilleriyasının 50 faizini Koreya təmin edir

Rusiya ordusu Şimali Koreyanın artilleriya sursatlarından çox asılıdır.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun(ISW) analitikləri məlumat verib.

Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi “Reuters” agentliyinə bildirib ki, Şimali Koreya 2023-cü ilin ortalarından bəri Rusiyaya üç milyon artilleriya mərmisi və qeyri-müəyyən sayda minaatan mərmisi verib. Rusiyanın bütün artilleriya mərmilərinin yarısı Şimali Koreyadan gəlir. Hərbi kəşfiyyat həmçinin bildirib ki, Şimali Koreya 2025-ci ilin yanvarına kimi Rusiyaya 148 KN-23 və KN-24 ballistik raketləri təhvil verib.

“Reuters” yazır ki, 2023-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiyaya milyonlarla artilleriya mərmisi olan 16.000 konteynerdən ibarət 64 daşınma həyata keçirilib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar