SON XƏBƏRLƏR

İran İsveçin milli təhlükəsizliyinə təhdid törədir- XİN

2025.04.17, 16:00
İran İsveçin milli təhlükəsizliyinə təhdid törədir- XİN

İsveç Xarici İşlər Nazirliyi İranın İsveçdəki təhdidedici təhlükəsizlik fəaliyyətlərinə etirazını bildirib.

Gunaz.tv

Bunu İsveç Xarici İşlər Nazirliyi mediaya verdiyi açıqlamada deyib.

"İsveç Xarici İşlər Nazirliyi ölkədə İslam Respublikasına xidmət edən və öz məqsədlərinə çatmaq üçün uşaq və yeniyetmələri istismar edən cinayətkar qrupların fəaliyyəti ilə bağlı həm ümumi bəyanatlar vasitəsilə, həm də bir başa olaraq İran rəsmilərinə etirazını bildirib",- İsveç XİN-nin cavab məktubunda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl İsveçin Kəşfiyyat Agentliyi (Sapo) İranı İsrailə və İsveçdəki digər hədəflərə qarşı zorakı cinayətlər törətmək üçün İsveç cinayətkar dəstələrinin üzvlərini işə götürməkdə ittiham edib.

Qeyd edək ki, İsveçdə fəaliyyət göstərən İrana bağlı "Fokstrot" cinayətkar şəbəkəsi İsveçdə ən təhlükəli cinayətkar dəstələrdən biridir və ölkədə silahlı münaqişələrə, sifarişli qətllərə və geniş yayılmış zorakılığa səbəb olub. 

Bu qrup həm də Avropada narkotik və silah ticarəti ilə məşğul olan ən mühüm təşkilatlardan biri kimi tanınır.

Buna görə də, ötən ay ABŞ, bu ay isə Böyük Britaniya "Fokstrot" və onun axtarışda olan başçısı Məcid Ravaya qarşı sanksiyalar tətbiq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar