SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: Çin şirkəti husilərə peyk görüntüləri təqdim edir

2025.04.18, 11:20
Amerika Dövlət Departamenti: Çin şirkəti husilərə peyk görüntüləri təqdim edir

Amerika Dövlət Departamenti təsdiq edib ki, Çin şirkəti "Chang guang Satellite Technology" Qırmızı dənizdə Amerika hərbi gəmilərini və beynəlxalq gəmiləri hədəf alan husi milislərinə peyk görüntüləri təqdim edir.

Gunaz.tv

"Financial Times"ın məlumatına görə, Amerika rəsmiləri bildiriblər ki, Çin ordusu ilə əlaqəsi olan Çin şirkəti Husilərə, raket və pilotsuz təyyarələrlə, gəmilərə hücumlarını davam etdirmək üçün peyk görüntüləri təqdim edir.

Nəşr həmçinin bildirib ki, Amerika hökuməti dəfələrlə Çin hökumətinə şirkətin husilərə kəşfiyyat məlumatları təqdim etdiyi və onların sabitliyi pozan hərəkətlərini dəstəklədiyi barədə xəbərdarlıq etsə də Çinin bu narahatlıqlara məhəl qoymadığı bildirilir.

Qeyd edək ki, Husilər 2023-cü ildən bəri qlobal ticarət üçün mühüm marşrut olan Qırmızı dənizdə Amerika Hərbi Dəniz Qüvvələrinə və beynəlxalq gəmiçiliyə qarşı hücumlar həyata keçirir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar