SON XƏBƏRLƏR

NYT: ABŞ Suriyadakı 3 hərbi bazasını bağlayır

2025.04.18, 11:35
NYT: ABŞ Suriyadakı 3 hərbi bazasını bağlayır

New York Times qəzeti (NYT) ABŞ ordusunun Suriyanın şimalındakı 8 hərbi bazasından 3-nü bağladığını və yüzlərlə əsgərini geri çəkməyə başladığını iddia edib.

Gunaz.tv

Hesabatda ABŞ-ın Suriyanın şimal-şərqindəki səkkiz bazasından üçünü bağlamaq planının bir hissəsi olaraq yüzlərlə əsgərini geri çəkməyə başladığı iddia edilib. Bu çərçivədə Suriyadakı 2000 olan ABŞ əsgərlərinin sayının 1400-ə endiriləcəyi bildirilib.

Bağlanan bazalar arasında "Missiya Dəstək Ərazisi", "M.S.S. Fırat" və daha bir kiçik obyektin adı çəkilərkən, əlavə ixtisar edilib-edilməməsinə 60 gündən sonra hərbi səlahiyyətlilərin qiymət verəcəyi bildirilib.

Xatırladaq ki, ötən ilin sonlarında ABŞ bölgədə İŞİD təhlükəsi və İranın dəstəklədiyi silahlıların ABŞ bazalarına hücumlarını əsas gətirərək Suriyadakı hərbi varlığını 2000-ə çatdırdığını açıqlamışdı.

Digər tərəfdən, NBC telekanalı ABŞ-ın iki müdafiə rəsmisinə istinadən fevralın əvvəlində ABŞ Müdafiə Nazirliyinin Tramp administrasiyasının siyasətlərinə uyğun olaraq ABŞ əsgərlərini 30, 60 və ya 90 gün ərzində Suriyadan tamamilə çıxarmaq üçün planlar hazırlamağa başladığını iddia etmişdi.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar