SON XƏBƏRLƏR

Amerika Yəmənin Ras-İsa limanını məhv edib

2025.04.18, 12:47
Amerika Yəmənin Ras-İsa limanını məhv edib

Amerikanın Mərkəzi Komandanlığı (CENTCOM) Amerikanın zərbəsinin Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras-İsa limanını məhv etdiyini təsdiqləyib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Amerika Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Amerika qüvvələrinin bugünkü (cümə axşamı – red.) hərəkətləri İranın dəstəklədiyi husilərin (Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları – red.) yanacaq mənbəyini məhv etmək məqsədi daşıyırdı”, - məlumatda bildirilir.

CENTCOM-un məlumatına görə, husilərin nəzarətində olan Ras-İsa limanının dağıdılması radikal təşkilatı neft məhsullarının satışından və yanacağa çıxışından əldə etdiyi qanunsuz gəlirdən məhrum edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar