SON XƏBƏRLƏR

Azərbaycan və Çin arasında sənaye və investisiya sahələrində 13 əməkdaşlıq sənədi imzalanıb

2025.04.18, 13:32
Azərbaycan və Çin arasında sənaye və investisiya sahələrində 13 əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan və Çin arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də birgə investisiya təşəbbüslərinin təşviqi sahələrini əhatə edən 13 əməkdaşlıq sənədi imzalanıb.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, sənədlər Pekində keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb.

Konfransda sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Konfrans çərçivəsində Azərbaycan tərəfi Çin nümayəndələrinə sənaye, mədənçilik, kənd təsərrüfatı və yaşıl enerji sahələrini əhatə edən ümumilikdə 13 investisiya layihəsi təqdim edib. Eyni zamanda, tədbirdə yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, mövcud güzəştlər və imtiyazlar barədə informasiya sərgisi də təşkil olunub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar