SON XƏBƏRLƏR

Ukraynada azərbaycanlı hərbçi itkin düşüb

2025.04.18, 14:35
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb

Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Gülmalıyev Zamiq Şakir oğlu Donetsk vilayəti istiqamətində itkin düşüb.

Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z. Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.

İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.

Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar