SON XƏBƏRLƏR

İran Rusiyanın mümkün nüvə razılaşmasında rol oynayacağına ümüd edir

2025.04.18, 15:06
İran Rusiyanın mümkün nüvə razılaşmasında rol oynayacağına ümüd edir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Rusiyanın Amerika ilə danışıqlarından irəli gələn istənilən potensial razılaşmada rol oynayacağına ümid edir.

Gunaz.tv

Moskvaya səfəri zamanı danışan Əraqçi deyib ki, Tehran danışıqlar barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu məlumatlandırır. “Biz ümid edirik ki, Rusiya istənilən potensial razılaşmada konstruktiv rol oynamağa davam edəcək.” - deyə Əraqçi bildirib. O, Çinin də danışıqların gedişatı barədə məlumatlandırıldığını qeyd edib.

Əraqçi həmçinin, Rusiya prezidenti Vladimir Putin bu ilin sonunda İranın rəsmi dəvətindən sonra Tehrana səfər edəcəyinə ümüd etdiyini bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar