SON XƏBƏRLƏR

Starmer Trampla Ukrayna və İran məsələsini müzakirə etdi

2025.04.19, 11:14
Starmer Trampla Ukrayna və İran məsələsini müzakirə etdi

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla iki ölkə arasında ticarət razılaşması ilə bağlı danışıqlar aparıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Brianiya nazirinin ofisindən məlumat verilib.

"Liderlər Böyük Britaniya və ABŞ arasında ticarətlə bağlı davam edən prosesləri müzakirə ediblər" deyən Böyük Britaniyanın baş nazirinin sözçüsü onu da əlavə etdi ki, müzakirə zamanı Starmer Böyük Britaniyanın milli maraqlarını qorumaqla yanaşı azad ticarətə sadiq olduğunu vurğulayıb.

Bildirilir ki, onlar həmçinin Ukrayna, İrandakı vəziyyəti və Yəməndə husilərə qarşı qarşı son hərəkətləri müzakirə ediblər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar