SON XƏBƏRLƏR

Özbəkistanın Yeni Əndican şəhərinin adı böyük türk imperatoru Baburun şərəfinə dəyişdirilib

2025.04.19, 11:14
Özbəkistanın Yeni Əndican şəhərinin adı böyük türk imperatoru Baburun şərəfinə dəyişdirilib

Özbəkistanda bir şəhərə Moğol (Gürkani) imperiyasının banisi Zahirəddin Məhəmməd Baburun adı verilib.

Gunaz.tv

2021-ci ildən "Yeni Əndican" adı ilə tikintisi davam edən şəhər indi Babur kimi tanınacaq.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev layihəyə səfəri zamanı şəhərin adının dəyişdirilməsini təklif edib və bu, xalq tərəfindən müsbət qarşılanıb.

Babur şəhəri türkiyəli dizaynerlərinin iştirakı ilə 4 min hektar ərazidə inşa edilib və layihənin sonuna kimi orada 410 min insanın yaşayacağı gözlənilir.

Bu şəhərdə böyük Babur heykəli və Moğol imperiyasının tarixinə dair bölmələr olan “Yeni Özbəkistan” adlı park da salınacaq.

Qeyd edək ki, 1483-cü ildə Türküstanın Əndican şəhərində anadan olan Babur şah Hindistandakı fəthlərindən sonra yeni bir türk dövlətinin əsasını qoymuş və özündən sonra böyük mədəni miras saxlamışdır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar