SON XƏBƏRLƏR

Yaponiya Ukraynaya üç milyard dollar ayırıb

2025.04.19, 11:33
Yaponiya Ukraynaya üç milyard dollar ayırıb

Yaponiya Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ERA (Extraordinary Revenue Acceleration) təcili kredit proqramı çərçivəsində 30 il müddətinə üç milyard dollar ayırıb.

Gunaz.tv

GünazTV “Report”-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

"Ukraynanın maliyyə naziri Sergey Marçenko və Yaponiyanın bu ölkədəki səfiri Masaşi Nakaqome Kiyevə 471,9 milyard yapon yeni (təxminən üç milyard dollar) məbləğində kreditin ayrılmasını nəzərdə tutan saziş imzalayıblar", - məlumatda qeyd edilib.

Son üç ildə Yaponiya Ukraynaya 8,5 milyard dollardan çox vəsait ayırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar