SON XƏBƏRLƏR

KİV: ABŞ Ukraynaya yeni silah tədarükü ilə bağlı ciddi düşünmür

2025.04.19, 11:57
KİV: ABŞ Ukraynaya yeni silah tədarükü ilə bağlı ciddi düşünmür

Donald Tramp administrasiyası Ukraynaya gələcək hərbi yardımla bağlı faktiki olaraq ciddi müzakirələr aparmır.

Gunaz.tv

GünazTV "AzPolitika"-ya istinadla xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazır.

Qeyd olunur ki, avropalı diplomatlar Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinin davam etdirilməsi ilə bağlı ABŞ-dən dəqiq zəmanət almadıqlarını təsdiqləyiblər.

Nəşr yazır ki, Donald Tramp administrasiyası getdikcə Ukrayna məsələsini “necə kömək edə bilərik” yox, “nə əldə edəcəyik” prizmasından dəyərləndirir.

ABŞ Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə keçmiş müşaviri Fiona Qillin sözlərinə görə, Tramp Ukraynanı danışıqlar prosesindən kənarlaşdırmaq mənasına gəlsə belə, Moskva ilə birbaşa qarşılıqlı əlaqə qurmağa çalışır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar