SON XƏBƏRLƏR

İran Suriya ilə əlaqələrin qurulması üçün şərtlərini açıqladı

2025.04.19, 13:03
İran Suriya ilə əlaqələrin qurulması üçün şərtlərini açıqladı

İran Suriyanın yeni hakimiyyəti ilə əlaqələr qurmaq üçün şərtlərini açıqlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.

Onun sözlərinə görə, yalnız təhlükəsizlik təmin olunduqdan sonra Suriyanın keçid hökuməti ilə əlaqələr qurulacaq.

“İran hazırkı Suriya hökuməti ilə əməkdaşlıq etmir. Bizim heç bir əlaqəmiz yoxdur və bu əlaqələri qurmaqda tələsmirik. Biz onlara qarşı heç bir addım atmırıq. Sadəcə gözləyirik ki, ölkədə təhlükəsizlik və sabitlik təmin olunsun və bütün etnik qrupları əhatə edən inklüziv və legitim hökumət qurulsun”, - Əraqçi vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, Suriya məsələsi onun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə də müzakirə olunub.

Nazir Suriyadakı vəziyyətdən həm İranın, həm də Rusiyanın ciddi narahat olduğunu diqqətə çatdırıb.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar