SON XƏBƏRLƏR

Netanyahu: İranın nüvə proqramını dayandırmaq öhdəliyimdən bir addım belə geri çəkilməyəcəyəm

2025.04.20, 10:57
Netanyahu: İranın nüvə proqramını dayandırmaq öhdəliyimdən bir addım belə geri çəkilməyəcəyəm

İranın nüvə proqramını dayandırmaq öhdəliyimdən bir addım belə geri çəkilməyəcəyəm

Gunaz.tv

Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Tehran və Vaşinqton arasında danışıqların ikinci raundu başa çatdıqdan sonra etdiyi çıxışda deyib.

“İranın nüvə silahı əldə etməsinə imkan verməməyə sadiqəm. Bu öhdəliyimdən bir addım belə geri çəkilməyəcəyəm və bir an belə ondan əl çəkməyəcəyəm."

Netanyahu yerli tənqidçilərini də sərt şəkildə qınayıb: "İndi bütün bu illər ərzində İranın nüvə proqramına zərbə vurmaq və onu gecikdirmək üçün atdığım addımlara qarşı çıxanların tənqidlərinə qulaq asmaq həqiqətən təəccüblüdür. Əgər bu tədbirlər görülməsəydi, İran artıq on ildən artıqdır ki, nüvə silahına malik olardı." - deyə o bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar