SON XƏBƏRLƏR

Bağdadda Azərbaycan və İraq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

2025.04.21, 10:59
Bağdadda Azərbaycan və İraq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqa səfər edib.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, səfər çərçivəsində Bağdad şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və İraq Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, İraq tərəfindən isə xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Hüseyn Bahr Al-Ulum rəhbərlik edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar. 

İraq-ın “Rewaq Baghdad Center for Public Policy” beyin və tədqiqat mərkəzini ziyarət edən nazir müavini mərkəzin direktoru Abbas Al-Anbari ilə görüşüb. Həmçinin mərkəzin rəhbər şəxsləri və tədqiqatçılarının iştirakı ilə təşkil edilmiş dəyirmi masada Y.Rəfiyev ölkənin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı məlumat verib və iştirakçıların çox saylı suallarını cavablandırıb.

Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar