SON XƏBƏRLƏR

Erməni din xadimindən İsraildə əxlaqsızlıq

2025.04.21, 14:35
Erməni din xadimindən İsraildə əxlaqsızlıq

Pasxa bayramı münasibəti ilə Qüdsdəki kilsədə erməni din xadimləri Qarabağdakı keçmiş qondarma rejimin “bayrağını” qaldırıblar.

Gunaz.tv

Günaz TV "Global info"ya istinadən bildirir ki, üç din xadimi kilsənin eyvanlarından birinə qalxaraq orada “artsax” bayrağı açıblar.

Qüdsdən yayımlanan görüntülər Ermənistanda Qarabağ məsələsinin birdəfəlik bağlanmalı olduğu fikrini müdafə edən hökumət rəsmiləri arasında birmənalı qarşılanmayıb. Bu, kənar qüvvələrin hərəkatın fəaliyyətini davam etdirməsinə dəstəyi kimi də dəyərləndirilib.

Məlumata görə, bundan bir gün öncə həmin kilsədə İsrail polis və din xadimləri arasında mübahisə yaşanıb. Nəticədə kilsənin iki üzvü oradan qovulub.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin birdəfəllik bağlandığını deyib və hərəkatın davam etdirilməsini tənqid edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar